EN

Lukaşenko Rusiyaya səfərə yola düşüb

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyaya səfərə çıxıb.

BELTA- nın məlumatına görə , respublika rəhbəri Kremldə rusiyalı həmkarı Vladimir Putinlə təkbətək danışıqlar aparacaq.

Sonra nümayəndə heyətlərinin üzvlərinin iştirakı ilə geniş tərkibdə prezidentlər dövlətlərarası əməkdaşlığın inkişafı və qarşılıqlı fəaliyyətin perspektiv istiqamətlərini müzakirə edəcəklər.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov  Putinlə Lukaşenkonun Rusiyada görüşəcəyini açıqlamışdı.

Söhbətdən sonra siyasətçilər bir sıra birgə sənədlər imzalayacaqlar.

DOĞRU.AZ

Chosen
6
dogru.az

1Sources