EN

Zelenskinin hakimiyyəti sona yaxınlaşır - Ukrayna gizli şəkildə seçkilərə hazırlaşır - “Financial Times"

Ukraynada Prezident Volodimir Zelenskinin hakimiyyəti sona yaxınlaşır. 

Missiya.Az “Financial Times”a istinadən xəbər verir ki, bu barədə Ukraynadakı yüksək vəzifəli məmurlardan biri məlumat verib.

“Biz Zelenskinin prezidentliyinin son mərhələsindəyik”, - deyə o vurğulayıb.

Qeyd olunub ki, Ukrayna liderinin ABŞ Prezidenti Donald Trampla mübahisəsindən sonra onu dəstəkləyən siyasi opponentlər artıq seçkilərə hazırlaşır və ittifaqlar qururlar. 

Məlumata görə, bəzi müxalifət nümayəndələri artıq Ağ Ev administrasiyası ilə əlaqələr qurmağa başlayıblar.

 

Daşqın HəsənovMissiya.Az

Chosen
7
missiya.az

1Sources