EN

Azərbaycanda bu il hasil edilən neft və qazın həcmi açıqlanıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda neft-kondensat hasilatı 4,5 milyon ton, ixracı isə 3,7 milyon ton təşkil edib.

Finss.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Məlumata görə, sözügedən dövrdə 8,1 milyard kubmetr qaz hasil edilib, 3,8 milyard kubmetr qaz isə ixrac olunub.

İxrac olunan qaz həcmləri:
Avropa – 1,9 milyard kubmetr
Türkiyə – 1,4 milyard kubmetr
Gürcüstan – 0,5 milyard kubmetr

Bundan əlavə, TANAP boru kəməri vasitəsilə Türkiyəyə 0,9 milyard kubmetr qaz nəql edilib.

Fuad Mədətov
Finss.az

Chosen
10
fins.az

1Sources