"Regional İnkişaf" İctimai Birliyi tərəfindən icra edilən “Beyləqan gəncləri üçün liderlik məktəbi" layihəsi davam edir.
QHT.az xəbər verir ki, layihə çərçivəsində RİİB-in əməkdaşı Zərifə Məmmədli tərəfindən keçirilən növbəti təlimdə "Regional İnkişaf" İctimai Birliyinin Müraciətlərlə iş şöbəsinin iş prinsipi, aidiyyəti qurumlarla dialoq və əməkdaşlıq şəraitində icra edilən vətəndaş müraciətləri və RİİB tərəfindən həyata keçirilən ictimai nəzarət tədbirləri barədə məlumat verilib. İnteraktiv şəkildə təşkil edilən təlimdə iştirakçılar tərəfindən komandalar şəklində Beyləqan rayonunda mövcud problemlər, onların həlli istiqamətində görülə biləcək tədbirlər barədə təkliflər hazırlanıb.
Qeyd edək ki, təlimin məqsədi Beyləqanda yaşayan gəncləri "Regional İnkişaf" İctimai Birliyinin icra etdiyi vətəndaş müraciətlərinin istiqamətləri və ictimai nəzarət tədbirləri barədə məlumatlandırmaqla, öz regionlarında mövcud problemlərə diqqət göstərmələrini, həlli istiqamətində müvafiq addımlar atmalarını və ictimai nəzarət tədbirlərinin həyata keçirilməsinə töhfə vermələrini təşviq etməkdir.