EN

Peşəkar Çövkən Liqasında yeni mövsümə start verildi

Binə Atçılıq Mərkəzində Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Peşəkar Çövkən Liqasında yeni mövsümün açılış mərasimi və ilk turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, açılış mərasimində ARAF prezidenti Elçin Quliyev, gənclər və idman naziri Fərid Qayıbov və kənd təsərrüfatı naziri Məcnun Məmmədov iştirak ediblər.

Yeni mövsümün ilk turunda “Sərhədçi” “Buta Golden” üzərində 3:0 hesablı qələbə qazanıb. Günün ikinci qarşılaşmasında “Polad” və “Elit” komandaları qarşı-qarşıya gəlib. Oyun qolsuz bərabərliklə başa çatıb - 0:0. Sonuncu matçda isə “Omar” liqaya yeni qatılan “Xəzər”i 5:1 hesabı ilə məğlub edib.

Turunun ikinci günündə “Şirvan” “Atilla”ya 8:1 hesabı ilə qalib gəlib. “Embawood “Qarabağ”ı 7:0, “Zəfər” “Ağstafa Dilbaz”ı 10:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Peşəkar Çövkən Liqasında növbəti turun oyunları martın 18-19-da keçiriləcək. Yarışa noyabrın 26-da yekun vurulacaq.

Chosen
15
fanat.az

1Sources