EN

Albaniyada “TikTok” qadağan edildi

Albaniyada “TikTok” sosial şəbəkəsi bir il müddətinə qadağan edilib.

Vətəninfo.az xəbər verir ki, bunu Albaniyanın milli təhsil və idman naziri Ogerta Manastirliu deyib.

Onun sözlərinə görə, ölkədəki 65 min valideynlə aparılan danışıqlardan sonra belə bir qərara gəlinib.

Müxalifət isə bunu seçkilər ərəfəsində siyasi addım kimi qiymətləndirib.

Qeyd edək ki, ötən il Albaniyada “TikTok”da başlayan mübahisədən sonra 14 yaşlı şagird başqa bir şagirdə bıçaqla hücum edərək onu öldürmüşdü.

“Tik-Tok” Çinin “ByteDance” şirkətinə məxsus olan video paylaşma platformasıdır. “Tik-Tok” istifadəçilərinə müddəti 3 saniyədən 10 dəqiqəyə qədər olan videoları dərc etmək imkanı verir.

“Tik-Tok” istifadəyə verildiyi gündən dünyanın ən çox istifadə edilən veb-saytlarından birinə çevrilib.

“Tik-Tok” buraxıldığı vaxtdan bəri məxfilik problemləri, asılılıq, dezinformasiya və qeyri-etik məzmuna görə tənqidlərlə üzləşib. Bəzi ölkələr milli təhlükəsizliklərini qorumaq üçün öz sərhədləri daxilində “Tik-Tok”-un istifadəsini məhdudlaşdırmalı olub.

Chosen
25
veteninfo.az

1Sources