EN

İran və ABŞ artıq vasitəçilər ilə nüvə proqramı barədə danışıqlar aparır

“Tasnim News” xəbər verir ki,İranın xarici işlər naziri Abbas Əraqçı ölkənin ali rəhbəri Əli Xameneyinin ABŞ-la birbaşa danışıqlardan imtina etməsi fonunda deyib:

“Bizim nüvə məsələləri üzrə mümkün danışıqlarla bağlı planımız və düşünülmüş strategiyamız var. Danışıqlar vasitəçilər vasitəsilə davam edir və üç Avropa ölkəsi - Britaniya, Almaniya və Fransa ilə də qarşılıqlı əlaqə kanalı saxlanılır”.

Abbas Əraqçı ABŞ prezidenti Donald Trampın “maksimum təzyiq” siyasətinə cavab olaraq bildirib ki, “qarşı tərəfin (Amerika) təzyiq göstərdiyi bir şəraitdə danışıqlara girsələr, heç nəyə nail olmayacaqlar”.

visiontv.az



Chosen
11
visiontv.az

1Sources