EN

AFFA rəhbərliyindən yeni MƏLUMAT - Günü ertələdilər, Bakını rayona dəyişdilər

AFFA İcraiyyə Komitəsinin (İK) bu gün keçirilməsi planlaşdırılan yığıncağı yenə ertələnə bilər.

Saytımıza daxil olan informasiyaya görə, federasiya mənsubları İK üzvlərinə bu barədə xəbərdarlıq edib.

Bildirilib ki, yığıncağın sabah təşkili gözlənilir. Belə ki, martın 15-də Tovuzda yeni akademiya binasının açılış mərasimi düzənlənəcək.

«Turan Tovuz» bu məqsədlə AFFA və Peşəkar Futbol Liqasının rəhbərliyini rayona dəvət eləyib.

İcraiyyə Komitəsinin də növbəti toplantısını burada keçirməsi düşünülür.

SPORTİNFO.AZ

Chosen
8
1
sportinfo.az

10Sources