EN

Bakı Şəhər İcra Hakimiyyəti ağacəkmə kampaniyası keçirəcək

Bakı, 14 mart, AZƏRTAC

Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərinə və təşkilatlara müraciət ünvanlayıb.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yazın gəlişi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti şənbə günü, mart ayının 15-də paytaxtda ümumşəhər iməcliyi və ağacəkmə aksiyası keçirəcək.

Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları iməclikdə fəal iştirak etməyə çağırır.

Chosen
21
14
azertag.az

10Sources