EN

İran Azərbaycanla  Ermənistan arasında sülh sazişi haqqında razılaşmanı alqışlayıb

Vətəninfo.az  xəbər verir ki, bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Ermənistan və Azərbaycan arasında sülh sazişinə dair razılaşmanı alqışlayıb.
Məlumata görə, İran XİN sözçüsü razılaşmanı Cənubi Qafqazda davamlı sülhə nail olmaq yolunda zəruri və mühüm addım hesab edib.
“Ümid edirəm ki, tərəflərin fikir ayrılıqlarını dialoq və diplomatiya yolu ilə həll etmək səyləri tezliklə iki ölkə arasında sülh sazişinin imzalanmasının və bölgədə davamlı sülh və sabitliyin bərqərar olmasının şahidi olacağıq”, – deyə, Bəqai vurğulayıb.

Chosen
16
1
veteninfo.az

2Sources