EN

Mərkəzi Nəbatat Bağı zərərdən mənfəətə keçib

Bakı Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində Mərkəzi Nəbatat Bağı 2023-cü ili 77 min manat mənfəətlə başa vurub. Halbuki, qurum 2022-ci ildən 720 min manat zərərlə çıxmışdı.

2023-cü ildə Mərkəzi Nəbatat Bağının əməliyyat gəlirləri 1 milyon 315 min manat (2022-ci ilə nisbətən 15,8 % az), istifadə etdiyi material ehtiyatlarının dəyəri 19 min manat (10 dəfə az), işçi heyəti üzrə xərcləri 883 min manat (24,1 % az), amortizasiya xərcləri 38 min manat (1,3 % az), digər əməliyyat xərcləri isə 298 min manat (3 dəfə az) təşkil edib.

2024-cü il yanvarın 1-nə Mərkəzi Nəbatat Bağının aktivləri 1 milyon 677 min manat olub ki, bu da illik müqayisədə 6,7 dəfə azdır. Hesabat dövründə Bağın öhdəlikləri 30 dəfə azalaraq 333 min manata düşüb, balans kapitalı isə 6,2 % artaraq 1,344 milyon manata çatıb.

Chosen
15
4
aznews.az

6Sources