EN

Sahibsiz təsərrüfat heyvanları 2 ayda 7 hadisəyə səbəb olub - Video

Dəmir yollarında nəzarətsiz buraxılan heyvanlar və ehtiyatsız davranış təhlükəsizliyi riskə atır, ciddi fəsadlara səbəb olur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) QSC məlumat yayıb. 

Bildirilib ki, bu ilin 2 ayında sahibsiz buraxılan təsərrüfat heyvanları dəfələrlə qatarların hərəkətinə maneə törədib və qatarla heyvanın toqquşması ilə nəticələnmiş 7 hadisə baş verib.

Bundan başqa, ötən il 43 dəfə qatar dəmir yolu ətrafında sahibsiz buraxılmış heyvanla toqquşub.

Məlumatda qeyd olunub ki, bu cür hadisələr nəticəsində:

- qatar təcili tormozlama edir;

- qatarda olan insanlar qorxu və stres yaşayır;

- qrafikdə gecikmələr yaranır;

- qatar zərər görür;

- heyvanlar tələf olur;

- heyvan sahibləri Azərbaycan qanunvericiliyinə uyğun olaraq cərimələnirlər.

Bir daha xatırladırıq ki, dəmir yollarında təhlükəsizlik qaydalarına əməl etmək hər kəsin məsuliyyətidir. ADY dəmir yolu ətrafında yaşayan sakinləri təsərrüfat heyvanlarını nəzarətsiz buraxmamaqla xoşagəlməz hadisələrə səbəb olmamağa çağırır.

Chosen
4
8
qafqazinfo.az

10Sources