EN

Azərbaycan millisinin yeni kapitanı kim olacaq?

Azərbaycan millisinin kapitanı bəlli olub.

Sportinfo.az xəbər verir ki, bunu yığmasının baş məşqçisi Fernandu Santuş açıqlayıb.

Portuqaliyalı mütəxəssis Haiti və Belarusla yoldaşlıq oyunlarında kapitanlıq sarğısının kimə həvalə olunacağına aydınlıq gətirib.

Hər iki matçda komandanı meydana kapitan kimi Bədavi Hüseynov çıxaracaq. Vitse-kapitan isə yaxın günlərdə müəyyənləşdikdən sonra açıqlanacaq.

Millimiz martın 22-də Sumqayıtda Haiti, üç gün sonra Bakıda Belarusla üz-üzə gələcək.

Chosen
11
25
sportinfo.az

10Sources