EN

Hacıqabul Sənaye Parkına 3,5 milyon manatdan çox investisiya yatırılacaq

Bakı. Trend:

Hacıqabul Sənaye Parkının yeni qeydiyyata alınan rezidentitərəfindən 3,5 milyon manatdan çox investisiya yatırılacaq.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadiZonaların İnkişafı Agentliyindən məlumat verilib.

Bildirilib ki, “Bərəkət-İ” MMC-yə İqtisadiyyat Nazirliyinintabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəolan Hacıqabul Sənaye Parkının rezidenti statusu verilib.

Qeyd olunub ki, şirkət tərəfindən Sənaye Parkının ərazisindətikinti və avtomobil sənayesində istifadə ediləcək izolyasiyaməhsullarının istehsalı layihəsi həyata keçiriləcək. "CənubiKoreyanın qabaqcıl texnologiyalarından istifadə ediləcək müəssisədəil ərzində 4,1 milyon m² izolyasiya məhsulu istehsal olunacaq.

İnvestisiya dəyəri 3,5 milyon manatdan çox olan layihəçərçivəsində 13 nəfərin işlə təmin edilməsi nəzərdə tutulur.

2026-cı ildə fəaliyyətə başlayacaq müəssisədə istehsal olunacaqməhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı daplanlaşdırılır", - məlumatda bildirilib.

Chosen
14
3
az.trend.az

4Sources