EN

“Sabahın alimləri” müsabiqəsinin qalibləri mükafatlandırıldı - Fotolar

Martın 14-də “Sabahın alimləri” XIV Respublika layihə müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra müsabiqə çərçivəsində hazırlanan videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, müasir elmdə uğur qazanmaq üçün təkcə bilik kifayət etmir, eyni zamanda müxtəlif bacarıqlara və istedada sahib olmaq vacibdir. Şagirdlərin bu istedadlarını vaxtında aşkar edib dəyərləndirmək və inkişaf etdirmək də olduqca önəmlidir. Məhz bu məqsədlə Elm və Təhsil Nazirliyi tərəfindən intellektual oyunlar, fənn olimpiadaları, “Sabahın alimləri” müsabiqəsi və STEAM layihəsi təşkil edilir. 

Nazir müavini şagirdlərin müsabiqə çərçivəsində hazırladıqları innovativ layihələrdən bəhs edərək qeyd edib ki, bu layihələr bugünkü şagirdlərin gələcəkdə müxtəlif tədqiqat sahələrində fəaliyyət göstərəcək alimlər olacaqlarını deməyə əsas verir. Firudin Qurbanov əlavə edib ki, bu gün dinamizm, sosial və elmi-texniki inkişafın uğuru yalnız yaradıcı şəxslərin yaradıcılıq fəaliyyətinin səmərəliliyindən asılıdır. 

Firudin Qurbanov çıxışının sonunda qaliblərin hər birini təbrik edib. 

Çıxış edən Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev son illər ölkəmizdə gənclərin hərtərəfli biliklərə yiyələnməsi, onların elmi potensialının üzə çıxarılması istiqamətində həyata keçirilmiş layihələrdən danışıb.

Tədbirdə 1, 2 və 3-cü yerlərin qaliblərinə diplom və medallar, fərqlənən şagirdlərə xüsusi mükafatlar, iştirakçıların hər birinə isə sertifikatlar təqdim olunub. Qalib layihələrin elmi rəhbərlərinə isə təşəkkürnamələr veriləcək.









Chosen
33
6
qafqazinfo.az

7Sources