"Barselona" futbolçusu ilə yeni kontrakt imzalayıb.

Offsideplus.az xəbər verir ki, İniqo Martinezin müqavilə müddəti uzadılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Anlaşmaya əsasən təcrübəli müdafiəçi daha 1 il də kataloniyalıların formasını geyinəcək.

Qeyd edək ki, 33 yaşlı oyunçu 2024/25 mövsümündə 33 oyuna çıxıb və 3 qola, 4 məhsuldar ötürməyə imza atıb.