EN

XİN BMT-nin İşçi Qrupunun Vardanyanla bağlı qərarını alqışlayır VİDEO

"BMT-nin İnsan Hüquqları Şurasının əsassız Həbslər üzrə İşçi Qrupunun Ruben Vardanyan işi ilə bağlı Ermənistan tərəfinin iddialarının rədd olunduğu rəyini alqışlayırıq".

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib. Nazirliyin sözcüsü Ayxan Hacızadə "Xəzər Xəbər"ə müsahibəsində qeyd edib ki, Vardanyana qarşı məhkəmə prosesinin əsas olduğu barədə iddialar da rədd edilib.

İşçi Qrupun rəyində qeyd olunub ki, ifadə və birləşmək azadlıqları mütləq hüquqlar deyil və onlar xüsusilə milli təhlükəsizlik və ictimai asayişlə bağlı səbəblərə görə məhdudiyyətlərə məruz qala bilər. Rəyə əsasən, Ruben Vardanyana qarşı ittihamlar onun hərəkətlərinin milli təhlükəsizliyə təhdid törətdiyi qənaətinə gəlməyə imkan verir. 

Ümumilikdə, İşçi Qrupunun bu iddialara qarşı rəyi qeyd edilən şəxsin həbsi ilə bağlı və məhkəmə prosesinə qarşı Azərbaycan əleyhinə qarayaxma kampaniyasının tamamilə əsassız olduğunu bir daha sübut edib və bununla da Ermənistan tərəfinin beynəlxalq hüquq normalarını manipulyasiya etmək cəhdi növbəti dəfə uğursuzluğa düçar olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
29
5
xezerxeber.az

10Sources