EN

Güləşçimiz Avropa çempionu oldu

Albaniyanın paytaxtı Tiranada keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatı başa çatıb.

Bizim.Media xəbər verir ki, yarışın son günündə yunan-Roma güləşi üzrə qaliblər bəlli olub.

Azərbaycan millisinin 2 güləşçisi medal uğrunda yarışıb.

Yunan-Roma güləşi

72 kq

Ruslan Nurullayev həlledici görüşdə Danil Griqoriyevlə (UWW) üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada təmilçimiz 3:2 hesabı ilə qalib gələrək, Avropa çempionu tituluna yiyələnib.

82 kq

Elmin Əliyev bürünc uğrunda Yonni Sarkkinnenlə qüvvəsini sınayacaq.

Qeyd edək ki, yunan-Roma güləşçilərindən Ziya Babaşov (63 kq) gümüş, Elmir Əliyevlə (55 kq) Xasay Həsənli (77 kq) bürünc qazanıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
16
2
bizim.media

3Sources