EN

Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində keçirdikləri əməliyyatla Rusiya qüvvələrini digər ərazilərdən uzaqlaşdıraraq öz vəzifəsini yerinə yetirib.

APA xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

“İndi vəziyyət çox çətindir. Bu əməliyyata görə əsgərlərimizə ancaq təşəkkür edə bilərəm. Onlar, tapşırığı yerinə yetirdilər. Əvvəlcə Xarkov istiqamətində təzyiq azaldı, sonra onlar qoşunlarını şərq istiqamətindən çıxarmağa başladılar. Düşünürəm ki, hazırda Pokrovsk istiqamətində vəziyyət stabildir”, - deyə Zelenski bildirib.

Chosen
4
7
demokrat.az

8Sources