EN

Simonyan Rusiyadan təhdid olunur - "Məni və uşağımı hədələyir"

Ermənistan parlamentinin spikeri Alen Simonyan təhdidlər aldığını yazıb.

"Unikal" xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. 

“O, Qarabağ uğrunda vuruşmalı olan, amma açıq-aydın bunu etməyənlərdən biridir, indi Rusiyadadır və ermənicə yazmağı bilmir. Məni və azyaşlı uşağımı hədələyir",- deyə Simonyan qeyd edib. 

O bildirib ki, hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb:

"Ümid edirəm ki, nko009-u tapacaqlar".

Chosen
13
2
unikal.az

3Sources