EN

80 milyonluq sərvəti vardı, övladlarına bir qəpik də miras qoymadı

Hollivud aktyoru Cin Hekman 80 milyonluq sərvətindən bir qəpik belə övladlarına miras qoymayıb.

Publika.az xəbər verir ki, bu barədə "The Sun" yazıb.

Ulduzun əmlakı 80 milyon dollar dəyərində qiymətləndirilir. Vəsiyyətdə onun övladları Kristofer, Elizabet və Leslinin adı belə çəkilmir.

Aktyorun bütün sərvəti həyat yoldaşına miras qalmalı idi, ancaq Arakavanın da vəsiyyətnaməsində bütün sərvətin şəxsi nümayəndəsinin idarəçiliyinə verilməli olduğu, onun da pulu xeyriyyəçilik üçün istifadə etməsi tələbi qoyulub.

Cütlüyün 800 kvadratmetrlik, 3,8 milyon dollarlıq evinin necə bölünəcəyi isə məlum deyil.

Hekmanın böyük oğlu Kristofer artıq öz hüquqlarını müdafiə etmək üçün miras məsələləri üzrə ixtisaslaşmış təcrübəli vəkil Endryu M. Katzenşteyni işə götürüb.

Chosen
27
publika.az

1Sources