EN

ÇL-də ən çox gəlir əldə edən klubların siyahısı açıqlanıb

Çempionlar Liqasının 1/8 final mərhələsindən sonra ən çox gəlir əldə edən klubların siyahısı açıqlanıb.

“İki sahil” xəbər verir ki, turnirdə ən çox qazanan komanda "Bavariya" olub – Münhen təmsilçisi 106 milyon avro gəlir əldə edib.

PSJ və "İnter" siyahıda növbəti pillələrdə qərarlaşıb. 1/4 finala yüksələn komandalar arasında ən az qazanc əldə edən isə "Aston Villa" olub – 83,7 milyon avro.

Çempionlar Liqasında ən çox gəlir əldə edən klublar aşağıdakılardır:

"Bavariya" – 106 milyon avro

PSJ – 104,4 milyon avro

"İnter" – 103,1 milyon avro

"Borussiya" D – 102,2 milyon avro

"Arsenal" – 102 milyon avro

"Real Madrid" – 101,8 milyon avro

"Barselona" – 101,6 milyon avro

Qeyd edək ki, 2024/2025 mövsümündə Çempionlar Liqasının büdcəsi 2,47 milyard avro təşkil edir. Bu vəsait turnirdə iştirak edən 36 komanda arasında nəticələrə əsasən bölüşdürüləcək.

Chosen
32
7
ikisahil.az

8Sources