EN

Tramp: Bazar ertəsi hər şey bəlli olacaq

ABŞ prezidenti Donald Tramp Ukraynada atəşkəs üçün davam edən danışıqlarla bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, Tramp atəşkəs danışıqlarına toxunaraq bunları deyib: "Bu, çox mürəkkəb vəziyyətdir, dəhşətli müharibədir. Düşünürəm ki, daha yaxşı olacaq. Bilirsiniz, Ukrayna ilə atəşkəs razılaşmamız var. Biz Rusiya ilə razılığa gəlməyə çalışırıq. Bazar ertəsi bir az daha çox məlumat əldə edəcəyik".

Tramp Ədliyyə Nazirliyinə səfəri zamanı da tribunadan danışıb.

Rusiya və Ukrayna ilə yaxşı telefon danışıqları apardıqlarını ifadə edən Tramp, Rusiya prezidenti Vladimir Putinin ABŞ-a hörmət etdiyini bildirib.

Tramp çıxışında Ukrayna əsgərlərinin Kurskda mühasirəyə alındığını təkrarlayaraq, "Ukrayna əsgərləri mühasirəyə alınıb. Onlar böyük təhlükə altındadırlar. Bayden bu müharibənin başlamasına imkan verməməli idi. Pulunuz olsa belə, özünüzdən çox böyük birini götürmək istəmirsiniz... Biz onlara çoxlu pul və avadanlıq verdik" deyib.

Tramp Putinə Kurskla bağlı çağırışını da xatırladaraq, “Mən onlardan əsgərləri öldürməmələrini xahiş etdim, bir daha xahiş edirəm, onların öldürülməsini istəmirik"-deyə, bildirib.

Aytən Yaşar/ Turkustan.az

Chosen
24
turkustan.az

1Sources