EN

Şəhid xanımına BDU-da vəzifə verildi

Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Nail Orucovun həyat yoldaşı Nigar Ağamalıyeva Bakı Dövlət Universitetində (BDU) işlə təmin olunub.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Nigar Ağamalıyeva BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin Sosiologiya kafedrasında laborant vəzifəsində işə başlayıb. O, həm də BDU-nun Filologiya fakültəsində qiyabi təhsil alır, hazırda II  kurs tələbəsidir.

Xatırladaq ki, N.Ağamalıyeva 2023-cü ildə universitetə qəbul olub. Onun oğlu Orucov Əlihəsən isə eyni ildə Memarlıq və İnşaat Universitetində oxumaq hüququ qazanıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı Nail Orucov Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 31-də Qubadlı döyüşləri zamanı şəhid olub. Nail Orucov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları və  "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Chosen
18
14
day.az

10Sources