17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının II seçmə mərhələsində ikinci oyununu keçirəcək.
Msport.az xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan millimiz bolqarıstanlı həmyaşıdları ilə üz-üzə gələcək.
Bayıl stadionunda təşkil olunacaq qarşılaşmanı gürcüstanlı baş hakim idarə edəcək. Matç saat 16:00-da başlayacaq. Qrupun digər oyununda saat 11:00-da Lüksemburq və Malta seçmələri üz-üzə gələcəklər.
Qeyd edək ki, U-17 qrupdakı ilk oyununda Lüksemburqa 0:5 hesabı ilə məğlub olub.