EN

Qəzaya düşən 18 yaşlı oğlan xəstəxanada ÖLDÜ

Sabunçuda qəzaya düşən şəxs xəstəxanada həyatını itirib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə martın 10-da Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən magistral yolda baş verib.

    Belə ki, 1975-ci il təvəllüdlü Hüseynov Elşən Ataməli oğlu istifadəsində olan avtomobillə hərəkətdə olarkən magistral yolda yolu keçən 2007-ci il təvəllüdlü Kazımov İsmayıl Mübariz oğlunu vurub. Nəticədə, sonuncu müalicə aldığı “Sabunçu Tibb Mərkəzi” PHŞ-nin Reanimasiya şöbəsində bu gün saat 12 radələrində ölüb.

    Faktla bağlı Sabunçu RPİ-nin İŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.

    Chosen
    5
    10
    bakivaxti.az

    10Sources