17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının II seçmə mərhələsində ikinci oyununu keçirəcək.
“İki sahil” xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan yığma Bolqarıstanla üz-üzə gələcək.
Bayıl stadionunda təşkil olunacaq qarşılaşma saat 16:00-da başlayacaq.
Qrupun digər oyununda saat 11:00-da Lüksemburq və Malta seçmələri qarşılaşacaq.
Qeyd edək ki, millimiz ilk oyunda Lüksemburqa 0:5 hesabı ilə uduzub.