EN

Qəbələdə yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Qəbələ rayonunun Zarağan kəndində beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsi yanıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Hadisə zamanı yanğınsöndürənlər tərəfindən binanın doqquz nəfər sakini təhlükəsiz əraziyə təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub.

 

Alovlar yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Chosen
42
29
sfera.az

10Sources