EN

Rusiya səmasında 126 PUA ələ keçirildi

Rusiya hava hücumundan müdafiə sistemləri ötən gecə altı regionda Ukraynanın 126 pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv edib.

News24.az xəbər verir ki, bu barədə martın 15-də Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Ötən gecə növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 126 pilotsuz uçuş aparatını məhv edib və ələ keçirib: 64 PUA Volqoqrad vilayəti, 38-i Voronej vilayəti, 14-ü Belqorod vilayəti, yeddisi Bryansk vilayəti, ikisi Rotov vilayəti və bir vilayəti ərazisi üzərində", - deyə məlumatda bildirilir.

Bu arada Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov bildirib ki, gecə saatlarında Rusiya Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə Qüvvələri Volqoqrad vilayətinin Kotovski, Qorodişenski, Kalaçevski rayonları və Volqoqrad şəhərinin cənub hissəsindəki iri PUA-nın hücumunu dəf edib.

Voronej vilayətinin qubernatoru Aleksandr Qusev qeyd edib ki, ötən gecə Voronej vilayətinin beş rayonunda növbətçi hava hücumundan müdafiə qüvvələri 35-dən çox PUA aşkar edərək məhv edib. O qeyd edib ki, ilkin məlumatlara görə, tələfat və dağıntı yoxdur.

Öz növbəsində Rostov vilayətinin qubernatoru Yuri Slyusar bildirib ki, hava hücumundan müdafiə qüvvələri və vasitələri gecə saatlarında Tarasovski və Çertkovski rayonlarında PUA-nın hücumunu dəf ediblər. "Əməliyyat məlumatlarına görə, yerdə tələfat və dağıntı yoxdur", - o, Telegram kanalında yazıb.

Federal Hava Nəqliyyatı Agentliyindən bildirilib ki, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə Saratov və Volqoqrad hava limanlarında təyyarələrin giriş-çıxışına məhdudiyyətlər tətbiq edilib.

Aynurə


Chosen
18
news24.az

1Sources