Manset.az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında 2025-ci ilin aprel ayı üçün WTI neftinin barel qiyməti 0.95% (+0.63 dollar) artaraq 67.18 dollara çatıb. ICE London qitələrarası birjasında 2025-ci ilin may ayı üçün Brent neftinin qiyməti isə 1.00% (+0.70 dollar) qalxaraq 70.58 dollara yüksəlib.
Qeyd edək ki, bu artım əsasən beynəlxalq tələbatın güclənməsi və geosiyasi risklərin qiymət spekulyasiyalarını aktivləşdirməsi ilə əlaqələndirilir.