Ağstafada avtomobil piyadanı vuraraq öldürüb.

Leqal.info xəbər verir ki, hadisə rayonda yerləşən restoranların birinin qarşısında baş verib. Hərəkətdə olan VAZ 2106 markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 1985-ci il təvəllüdlü E.Rzayevi vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info