Çempionlar Liqasının 1/8 final mərhələsindən sonra ən çox qazanan klubların siyahısı bəlli olub.
Msport.az xəbər verir ki, ən çox qazanan “Bavariya” 106 milyon avro gəlir əldə edib.
PSJ və “İnter” növbəti pillələrdə qərarlaşıblar. 1/4 finala yüksələn komandalar arasında ən az qazanan “Aston Villa” olub – 83,7 milyon avro.
Çempionlar Liqasında ən çox qazanan klublar:
“Bavariya” – 106 milyon avro
PSJ – 104,4 milyon avro
“İnter” – 103,1 milyon avro
“Borussiya” D. – 102,2 milyon avro
“Arsenal” – 102 milyon avro
“Real” – 101,8 milyon avro
“Barselona” – 101,6 milyon avro
Qeyd edək ki, turnirin 2024-25 mövsümündə büdcəsu 2,47 milyard avro təşkil edir. Bu məbləğ əldə olunan nəticələrə görə 36 komanda arasında bölüşdürüləcək.