EN

Bərdədə binanın eyvanı uçdu - Yaralanan var - Yenilənir

Bərdədə yaşayış binasının eyvanı uçub.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.

İlkin məlumata görə, uçqun nəticəsində yaralananlar olub.

Hadisə yerinə FHN-in xilasediciləri və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

***

“Report”un məlumatına əsasən, uçqun altında bir qadının qaldığı bildirilir.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata əsasən, uçqun altında qalan şəxs 1990-cı il təvəllüdlü Turanə Əliyevadır.

Chosen
15
19
qafqazinfo.az

10Sources