Bərdədə yaşayış binasının eyvanı uçub.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.
İlkin məlumata görə, uçqun nəticəsində yaralananlar olub.
Hadisə yerinə FHN-in xilasediciləri və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
***
“Report”un məlumatına əsasən, uçqun altında bir qadının qaldığı bildirilir.
***
“Qafqazinfo”nun əldə etdiyi məlumata əsasən, uçqun altında qalan şəxs 1990-cı il təvəllüdlü Turanə Əliyevadır.