EN

Bərdədə uşaq bağçasında uçqun oldu: Dağıntılar altında qalan var

Bərdədə uşaq bağçasında uçqun olub.

Tribunainfo.az “Report”a istinadən xəbər verir ki, hadisə Bərdə şəhər Təbriz küçəsində yerləşən 4 saylı uşaq bağçası-körpələr evində baş verib.

Binanın eyvan hissəsində baş verən uçqun zamanı uçqun altında bir nəfər azyaşlının qaldığı bildirilir.

Hadisə yerinə aidiyyəti qurumun əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Chosen
19
15
tribunainfo.az

10Sources