EN

Bu kişilərin NƏZƏRİNƏ: Müsabiqə ELAN OLUNDU

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Əlahiddə Çevik Polis Alayında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

DİN-dən KONKRET.az-a verilən xəbərə görə, müsabiqədə ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, yaşı 20-dən 25-dək, boyu 180 santimetrdən hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum olunmamış

“Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyən edilmiş şərtlərə cavab verən kişi cinsli vətəndaşlar iştirak edə bilərlər.

Ünvan : Bakı ş. Xətai rayonu 8 Noyabr prospekti 69

Əlavə məlumat almaq üçün əlaqə telefonları: (012) 590 64 68,

(012) 590-80-66; (012) 590-94-12; (012) 590-98-37; (012) 590-93-64; (012) 590-97-52.

Chosen
30
19
konkret.az

10Sources