Kadi Borges hazırda "Qarabağ"da fərq yaradıb.
Futbol eksperti Emin Abbasov bu qənaətdədir.
O, ATV kanalında yayımlanan “Futbolumuz” verlişində braziliyalı legionerin 2 illik aradan sonra Azərbaycanad dönüşündən danışıb.
Tanınmış teleşərhçi bildirib ki, adıçəkilən vinger 1 ay öncə “Ferentsvaroş”u “köhlən atlar”a dəyişməklə həm özünün, həm də köhnə-yeni komandasında həyatında dəyişiklik yaradıb.
Abbasov deyib ki, “sambaçı” öz canfəşanlığı ilə digər yaşlı və aparıcı futbolçulardan seçilir.
“Qarabağ”ın o biri oyunçularının həvəsdən düşməsinə, istəksiz oynamasına diqqət çəkən ekspertin fikrincə, bu hal mövsümün sonunadək davam edəcək:
“Görünür ki, Kadi getdiyi klubların heç birində özünü “Qarabağ”dakı qədər xoşbəxt hiss etməyib”.
SPORTİNFO.AZ