EN

Samuxda yeniyetmə qız dəm qazından ZƏHƏRLƏNDİ

Samuxda zəhərlənmə faktı qeydə alınıb.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib.

Belə ki, rayon sakini 2008-ci il təvəllüdlü G.Məmmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal yeniyetməyə yardım edilib. Hazırda onun vəziyyətinin normal olduğu bildirilir.

Məlumata görə G.Məmmədova yaşadığı evin vanna otağında zəhərlənib.

Bizim.Media

Chosen
60
18
bizim.media

10Sources