EN

ABŞ onların vizasını ləğv edəcək

ABŞ administrasiyası terrorçulara dəstək aksiyalarında iştirak etdiklərinə görə xarici vətəndaşlara viza verməkdən imtina etmək və mövcud giriş sənədlərini ləğv etmək niyyətindədir.

Azreform.info ” xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

“Hər şey çox sadədir. ABŞ prezidenti Donald Tramp keçmiş administrasiya rəhbəri Cozef Bayden deyil. Əgər siz ABŞ-yə terrorizmi dəstəkləyən iğtişaşlara qoşulmaq üçün gəlirsinizsə, sizə viza verməkdən imtina edəcəyik. Əgər gizli yolla ölkəmizə daxil olduqdan sonra bunu etsəniz, vizanızı ləğv edib sizi evinizə göndərəcəyik”, - Rubio bildirib.

Chosen
49
10
azreform.info

10Sources