ABŞ administrasiyası terrorçulara dəstək aksiyalarında iştirak etdiklərinə görə xarici vətəndaşlara viza verməkdən imtina etmək və mövcud giriş sənədlərini ləğv etmək niyyətindədir.
“Azreform.info ” xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
“Hər şey çox sadədir. ABŞ prezidenti Donald Tramp keçmiş administrasiya rəhbəri Cozef Bayden deyil. Əgər siz ABŞ-yə terrorizmi dəstəkləyən iğtişaşlara qoşulmaq üçün gəlirsinizsə, sizə viza verməkdən imtina edəcəyik. Əgər gizli yolla ölkəmizə daxil olduqdan sonra bunu etsəniz, vizanızı ləğv edib sizi evinizə göndərəcəyik”, - Rubio bildirib.