EN

Orxan Məmmədov rəy verdi: “Normal bir qrupa düşmüşük”

Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan MəmmədovBakıda keçirilən minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi barədə danışıb.

Sportinfo.az xəbər verir ki, o, millimizin qrupdakı rəqiblərini dəyərləndirib:

"Əsas məqam odur ki, dünya çempionatında 32 komanda iştirak edəcək. Bu, Azərbaycan futbol ailəsi və idman həyatı üçün önəmli tədbir olacaq.

İnanırıq ki, millimiz, futbolçularımız layiqli çıxış edəcəklər və ən yüksək yerlərdən birini tutacaq. Püşkatmada bizə düşən komandalar arasında güclülər də var.

Hesab edirəm ki, normal bir qrupa düşmüşük. Hesab edirəm ki, ev sahibi komandası kimi azarkeşlərimizin qarşısında ən yüksək nəticə əldə etməliyik.

Ona görə də millimizə inanırıq. Bizə və hər bir komandaya uğurlar arzu edirəm. Ən əsası, biz öz qonaqpərvərliyimizi göstərəcəyik. Buna əminəm".

Chosen
17
1
sportinfo.az

2Sources