EN

Məşhur brendin qalmaqalına səbəb olmuşdu, indi isə...

"Gucci" moda evinin yeni kreativ direktoru təyin edilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu vəzifə "Balenciaga"nın keçmiş kreativ direktoru Demna Qvasaliyaya verilib.

O, fevralın əvvəlində moda evini tərk edən Sabato de Sarnonu əvəz edəcək.

Lakin bu dəyişiklik sosial media izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb. Onlar 2022-ci ildə "Balenciaga"nın reklam kampaniyası ilə bağlı qalmaqalı xatırladıblar. Belə ki, brend oyuncaqların əynindəki porno geyimlərə görə uşaq pornoqrafiyasını yaymaqda ittiham olunmuşdu.  Demnanın keçmişdə buraxdığı səhvlərdən ehtiyat edən izləyicilər bunun İtaliya moda evinin reputasiyasına mənfi təsir göstərəcəyinə işarə ediblər.

Milli.Az

Chosen
88
50
milli.az

10Sources