EN

İkardi və Vanda Nara arasında dava: Polis müdaxilə etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Qalatasaray"ın ulduz futbolçusu Mauro İkardi ilə boşanma mərhələsindəki həyat yoldaşı Vanda Nara arasında yeni böhran baş verib. Bildirilir ki, hadisə İkardinin məhkəmə qərarı ilə uşağını görmək üçün Naranın evinə getdiyi vaxt baş verib.
Oxu.Az bu barədə "Türkiye Gazetesi"nə istinadla xəbər verir.
İkardi evdə gözləmədiyi şəkildə reaksiya ilə qarşılaşıb - Nara ona uşağını göstərmək istəməyib. Cütlük arasında çıxan mübahisə və qışqırıqlar bütün binanı bürüyüb, polis çağırılıb. Hüquq-mühafizəçilərin müdaxiləsindən sonra onları sakitləşdirmək mümkün olub.
Baş verənlər hadisə şahidləri tərəfindən qeydə alınıb.
Xatırladaq ki, bundan əvvəl Vanda Naranın özündən 13 yaş kiçik olan yeni sevgilisi L-Qante Mauro İkardi ilə olan mesajlaşmasını sosial media hesabından paylaşıb.
Chosen
39
50
oxu.az

10Sources