EN

Martın 16-da gözlənilən hava şəraiti - 30° isti olacaq

Martın 16-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumat əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-12° isti, gündüz 25-30° isti, dağlarda gecə 3-8° isti, gündüz 20-25° isti olacaq.

Chosen
22
17
sportinfo.az

10Sources