EN

Dəhşətli fəlakətlərin ANONSU VERİLDİ - 2027-ci ilə qədər...

Alimlərin apardığı yeni bir araşdırmanın nəticələrinə görə, 2027-ci ilə qədər Arktika tamamilə buzdan təmizləna bilər. Bunun nəticəsində planetdə fəlakətli iqlim dəyişiklikləri baş verə bilər.

Paralel.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

Bu il Şimal Buzlu Okeanının dəniz buz sahəsi 1,65 milyon kvadrat milə qədər kiçilib ki, bu da 1972-1992-ci illər arasında qeydə alınan həcmdən böyük azalma deməkdir.

Mütəxəssislərin proqnozlarına görə, Arktika sularının tamamilə buzsuz olacağı ilk yay bir neçə ildən sonra gələ bilər. Hətta istixana qazları emissiyası ilə əlaqəli antropogen amildən mücərrəd etsək belə, Arktikanın buz təbəqəsi, ən bədbin hesablamalara görə, yaxın 9-20 il ərzində yox olacaq.

İsveçin Göteborq Universitetinin elmi işçisi Dr Celine Eze xəbərdarlıq edib ki, buzun yox olması günəş enerjisinin okean tərəfindən udulmasına səbəb olacaq və bu da öz növbəsində qlobal istiləşmə prosesini katalizləşdirəcək. Mümkündür ki, -20 dərəcəyə çatan anomal soyuq temperatur İtaliya da daxil olmaqla Cənubi Avropa ölkələrini vuracaq, Skandinaviya yarımadası isə dağıdıcı meşə yanğınları ilə üzləşəcək. (Publika.az)

Chosen
11
5
paralel.az

6Sources