EN

Azərbaycanın yeniyetmə cüdoçuları Xorvatiyada daha 2 medal QAZANDILAR

Azərbaycanın yeniyetmə cüdoçuları Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa Kubokunda daha 2 medal qazanıblar.

Cüdo Federasiyasından Redaktor.az-a verilən məlumata görə, Mədinə Hüseynova (40) və Xədicə Abdullayeva (44 kq) bürünc medala yiyələniblər.

Beləliklə, cüdoçularımızın Avropa Kubokunda əldə etdikləri medalların sayı 3-ə çatıb. Daha əvvəl Aysun Məmmədova (52 kq) qızıl medala sahib çıxmışdı.

Qeyd edək ki, bu gün Avropa Kubokunda daha 5 cüdoçumuz tatamiyə çıxacaq.

Chosen
15
12
redaktor.az

10Sources