Xorvatiyanın Poreç şəhərində cüdo üzrə yeniyetmələr arasında keçirilən Avropa Kubokunda millimiz daha 2 medal qazanıb.
Futbolpress.az xəbər verir ki, -40 kq çəki dərəcəsində mübarizə aparan Mədinə Hüseynova və -44 kq çəkidə qüvvəsini sınayan Xədicə Abdullayeva bürünc medala yiyələniblər.
Bununla, cüdoçularımızın Avropa Kubokunda əldə etdiyi medalların sayı 3-ə çatıb. Daha əvvəl Aysun Məmmədova (-52 kq) yarışın qızıl medalına sahib çıxmışdı.
Qeyd edək ki, bu gün Avropa Kubokunda daha 5 cüdoçumuz tatamiyə çıxacaq.