EN

Husilər ABŞ ilə danışıqlara başlamağa hazırdırlar

Yəmənin "Ənsar Allah" hərəkatından olan husilər sülhə nail olmaq məqsədilə ABŞ administrasiyası ilə danışıqlara başlamağa hazır olduqlarını bildiriblər.

Day.Az-ın məlumatına görə, husilərin adı açıqlanmayan nümayəndəsi bu barədə "Al Araby" telekanalına açıqlama verib. O, bildirib ki, danışıqlar üçün Vaşinqton tərəfi danışıqlara başlamaq niyyətində olduğunu bəyan etməlidir:

"Danışıqlar üçün kanallar açıq olmalıdır, biz həmişə dialoqu dəstəkləmişik."

Xatırladaq ki, ABŞ martın 15-də Yəməndə husilərə zərbələr endirməyə başlayıb.

Chosen
54
3
day.az

5Sources