EN

“Qarabağ” haqda MARAQLI XƏBƏR - İzləyicilər dəyişdi

Klubların UEFA reytinqi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, avrokubokların 1/8 final mərhələsinin cavab oyunları bəzi dəyişikliklərə səbəb olub.

Azərbaycan çempionu “Qarabağ”ın mövqeyi dəyişməz qalıb. Qurban Qurbanovun komandası 67-cı yerdə qərarlaşıb. Ağdam klubunun hesabında 32,000 xal var.

Təmsilçimizin izləyiciləri isə dəyişib. “Yurqorden” (31,500) 68-ci, “Rapid” (30,250) 69-cu yerə yüksəlib.

“Neftçi” 8,000 xalla 181-ci yerə şərikdir. Digər klublarımız – “Zirə”, “Sabah”, “Sumqayıt” 4,000 xalla 318-ci, “Qəbələ” və “Şamaxı” 3,925 xalla 337-ci yeri bölüşənlər arasındadır.

Siyahıya 143,500 xala malik “Real” başçılıq edir.

Chosen
23
2
sportinfo.az

10Sources