Vətəninfo.az xəbər verir ki, Tatar federasiya ilə bağlı təkliflərin əbəs olduğunu bildirib.
“İki dövlətli” həllin ŞKTC üçün prioritet olduğunu deyən prezident bu məsələdə Türkiyənin dəstəyinə diqqət çəkib.
O, Türkiyənin xarici işlər naziri Hakan Fidanın da onunla birlikdə müzakirələrdə yer almasını istədiyini vurğulayıb.
“Federasiya rumların “Böyük Yunanıstan” xəyalının parçasıdır. Ancaq indi iki dövlətli siyasət yürüdülür. Türkiyə bizə bu məsələdə tam dəstək verir” , – deyə Ərsin Tatar bildirib.
Qeyd edək ki, Cenevrədəki qeyri-rəsmi görüşə BMT ev sahibliyi edəcək. Şimali və Cənubi Kiprlə yanaşı, müzakirələrdə Türkiyə, Yunanıstan və İngiltərə də yer alacaq.